Super Liqa klubunda baş məşqçi istefası
- 29 Okt 2023 13:43
- 292
“Alanyaspor”un baş məşqçisi Ömer Erdoğan istefa verib.
Rekord.az xəbər verir ki, o, bu qərarını Super Liqanın 10-cu turunun “Sivasspor”la ev oyunundakı ev məğlubiyyətindən (1:2) sonra jurnalistlərə açıqlamasında bildirib.
Erdoğan ötən mövsümdən, bu ilin aprel ayından Alanya təmsilçisinə rəhbərlik edirdi. 46 yaşlı mütəxəssis bütövlükdə bu komandanı 16 oyuna çıxarıb (4 qələbə, 4 heç-heçə, 8 məğlubiyyət).
“Alanyaspor” 10 turdan sonra 10 xalla 11-ci pillədədir.