Super Liqa klubunda baş məşqçi istefası
- 28 Okt 2019 18:00
- 733
Türkiyənin “Kayserispor” klubunun baş məşqçisi Samet Aybaba istefa verib.
Rekord.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Aybaba özü açıqlama verib.
Aybaba oktyabrın 10-da “Kayserispor”da baş məşqçi postuna gətirilmişdi. Onun rəhbərlik etdiyi komanda son olaraq Türkiyə Super Liqasının 9-cu turunda “Yeni Malatyaspor”a 0:4 hesabıyla məğlub olub.
“Kayserispor” 9 turdan sonra hələ də qələbə qazana bilməyib və 4 xalla sonuncu pillədə qərarlaşıb.