Türkiyənin “Qaziantep” klubunda koronavirusa yeni yoluxmalar qeydə alınıb.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə klub kollektivindən götürülmüş sonuncu COVİD-19 testlərindən dördününü pozitiv çıxdığı diqqətə çatdırılıb. Koronavirusa yoluxanlardan ikisinin futbolçu, digər ikisinin isə klub işçisi olduğu bildirilib. Adları açıqlanmayan həmin şəxslər karantinə alınıblar.

Qeyd edək ki, “Qaziantep” Super Liqanın 25-ci turu çərçivəsində fevralın 13-də səfərdə “Trabzonspor”la qarşılaşacaq.