![photo](https://www.rekord.az/storage/uploads/5/img-16887525341.jpg)
Super Liqa klubunda iki yeni futbolçu
- 10 İyl 2023 10:44
- 294
“Samsunspor” heyətinə iki yeni futbolçu cəlb edib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi çadlı hücumçu Marius Muandilmadji və ingilis müdafiəçi Mark Bolanı transfer edib.
Muandilmadji 3, Bola 2+1 illik müqaviləyə imza atıb.
Marius Belçikanın “Seren” klubundan transfer edilib. 25 yaşlı forvard 2021-ci ildən oynadığı bu komandada 62 oyuna 14 qol vurub.
Bola isə İngiltərənin “Midlsbro” klubundan transfer olunub. 25 yaşlı ingilis futbolçu 2020-ci ildən formasını geyindiyi bu komandada 103 oyuna 3 qol vurub.