Türkiyənin "Alanyaspor" klubunun baş məşqçisi Fatih Tekke istefa verib.


Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


47 yaşlı mütəxəssis Super Liqanın 11-ci turunda "Bodrumspor"la səfərdə qolsuz heç-heçə etdikləri oyundan sonra qərarını açıqlayıb.


Alanya təmsilçisi hazırda Super Liqada 10 xalla 15-ci pillədədir.


Tekke ötən ilin noyabrından "Alanyaspor"u çalışdırırdı. Türkiyə millisinin sabiq hücumçusu daha əvvəl "Boluspor", "Manisaspor", "Denizlispor", "Bursaspor" və "İstanbulspor"u da çalışdırıb.