
Super Liqa klubunda köhnə-yeni baş məşqçi
- 11:40
- 46
Super Liqada mübarizə aparan “Sivasspor”un baş məşqçi postunda dəyişiklik edilib.
Rekord.az xəbər verir ki, Türkiyə klubu Ömer Erdoğanı istefaya göndərib.
Onun əvəzində daha öncə iki fərqli dönəmdə bu komandaya rəhbərlik etmiş Rıza Çalımbay yeni baş məşqçi təyin edilib.
Sivas təmsilçisi hazırda 24 xalla Super Liqanın yarış cədvəlində 16-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, Erdoğan ötən ilin dekabrından bu komandaya rəhbərlik edirdi.