Super Liqa klubunda koronavirusa daha 2 yoluxma
- 23 Dek 2020 18:20
- 548
Türkiyənin “Ankaragücü” klubunda koronavirusa yoluxanların sayı artır.
Rekord.az xəbər verir ki, sonuncu testlər nəticəsində daha iki nəfərdə COVİD-19 aşkarlanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Super Liqa klubunda bir futbolçu və bir klub işçisi koronavirusa yoluxub.
Qeyd edək ki, “Ankaragücü” sabah Super Liqanın 14-cü turu çərçivəsində “Beşiktaş”la qarşılaşacaq.