Super Liqa klubunda nigeriyalı hücumçu
- 29 Avq 2020 12:21
- 932
Türkiyənin “Konyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Xorvatiyanın “Hayduk” (Split) klubunda forma geyinən Samuel Eduoku heyətinə qatıb.
Bu barədə Konya klubunun rəsmi saytı məlumat yayıb. Eduok bir illik icarəyə götürülüb. 26 yaşlı nigeriyalı hücumçu yeni komandasında 70 nömrəli formanı geyinəcək.
Eduok daha öncə Türkiyədə “Kasımpaşa” və “Ərzurumspor”da da oynayıb.