Türkiyənin “Kasımpaşa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Norveçin “Brann” klubunun yarımmüdafiəçisi Jilbert Koomsonu transfer edib.

Bu barədə Türkiyə klubnunu rəsmi saytı məlumat yayıb. 26 yaşlı qanalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Koomson 2018-ci ildən “Brann”ın uğurları üçün çalışırdı. Qana yığmasına da dəvət alan vinger, daha öncə “Soqndal”, “Samut”, “Tero Sasana” kimi komandalarda da oynayıb.