Super Liqa klubunda xorvat baş məşqçi
- 14 Noy 2019 22:00
- 784
Türkiyənin “Antalyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi xorvatiyalı məşqçi Stepan Tomasla razılığa gəlib.
Türkiyə mətbuatının yaydığı məlumata görə, bir neçə gün əvvəl Bülənt Korkmazla vidalaşan elita təmsilçisi xorvatiyalı mütəxəssislə 2,5 illik anlaşıb. Artıq Antalyaya gələn 43 yaşlı məşqçi ilə tezliklə rəsmi müqavilə imzalanacaq. Onun əsas köməkçisi isə Ayhan Akman olacaq.
Maraqlıdı ki, Tomasın məşqçilik karyerası məhz Türkiyə ilə bağlıdı. O, “Elazığspor” və “Sivasspor”da köməkçi məşqçi kimi çalışıb. Hazırda isə xorvat məşqçi “Başakşəhər”in baş məşqçisi Okan Burukun köməkçisidi.
Tomas futbolçu karyerası ərzində də Türkiyədə “Fənərbaxça”, “Qalatasaray”, “Qaziantepspor” və “Bucaspor” klublarında oynayıb.
Super Liqada son 4 oyunundan məğlub ayrılan “Antalyaspor” topladığı 11 xalla 15-ci sırada qərarlaşıb.