Super Liqa klubunda yeni baş məşqçi
- 05 Noy 2019 12:21
- 767
Türkiyənin “Göztəpə” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi İlhan Paluta tapşırılıb.
Bu barədə İzmir klubunun rəsmi saytı məlumat yayıb. Yeni baş məşqçi ilə 3 illik müqavilə imzalanıb.
43 yaşlı mütəxəssis ilk dəfə Super Liqada baş məşqçilik edəcək. Məşqçilik karyerasına 2016/17 mövsümündə başlayan Palut, “Hatayspor”u TFF 2-ci liqadan 1-ci liqaya daşımışdı. Amma bu mövsüm TFF 1-ci liqanın 6-cı turundan sonra “Hatayspor” gənc mütəxəssislə vidalaşmağa qərar vermişdi.
İlhan Palut “Göztəpə”də bir neçə gün əvvəl istefa verən Tamer Tunanı əvəz edib. Sözügedən komanda 10 oyundan sonra 12 xalla 12-ci pillədə qərarlaşıb.