Türkiyənin “Konyaspor” klubunun yeni baş məşqçisi məlum olub.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisinin “sükan”ı İsmail Kartala tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

İsmail Kartal “Konyaspor”da baş məşqçi postunda Bülənt Qorxmazı əvəzləyib.