Super Liqa klubunda yeni baş məşqçi
- 10 Okt 2019 10:30
- 793
Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Samet Aybaba ilə anlaşıb.
Türkiyə mətbuatının məlumatına görə, kluba yenicə prezident təyin olunan Hamdi Elcuman Samet Aybabanın sabah Kayseriyə təşrif buyuracağını açıqlayıb. O, yeni baş məşqçi ilə 1.5 illik müqavilə imzalanacağını söyləyib.
Qeyd edək ki, Samet Aybaba baş məşqçi postunda bir neçə gün öncə istefa verən Hikmət Karamanı əvəz edib.
"Kayserispor" Super Liqada geridə qalan 7 turdan sonra 3 xalla 18 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.