Super Liqa klubunda yeni baş məşqçi
- 05 Dek 2019 10:30
- 942
Türkiyənin “Kasımpaşa” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, bir neçə gün əvvəl Kemal Özdeş ilə vidalaşan Super Liqa təmsilçisi Tayfur Havutçu ilə anlaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssis yeni klubu ilə 1,5 illik müqaviləyə imza atıb.
Məşqçiliyə futbolçu karyerasını başa vurduğu “Beşiktaş”da start verən Havutçu, bu komanda ilə 2010/11 mövsümündə Türkiyə çempionu olub. 2015/16 mövsümündə 1-ci liqa təmsilçisi “Adana Dəmirspor”u çalışdıran Tayfur, son olaraq Türkiyə millisində Mirça Luçesku və Şenol Günəşin köməkçisi kimi çalışıb.
“Kasımpaşa” yeni baş məşqçisi ilə ilk sınağında dekabrın 8-də “Beşiktaş”la üz-üzə gələcək. 13 oyuna 12 xal toplayan bu komanda hazırda 18 kollektiv arasında 15-cidi.