
Super Liqa klubunda yeni baş məşqçi
- 23 Mar 2023 18:42
- 390
Bir müddət öncə baş məşqçi Sedat Ağçayı istefaya göndərən "Ankaragücü"nün yeni çalışdırıcısı bəlli olub.
Rekord.az xəbər verir ki, paytaxt komandası Tolunay Kafkasa tapşırılıb.
Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Sözügedən mütəxəssis 1.5 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, “Ankaragücü” hazırda Super Liqada 24 oyuna topladığı 25 xalla 15-ci pillədə qərarlaşıb.