“Adana Dəmirspor”un yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu komandanı Niderlanddan olan Patrik Kluyvert çalışdıracaq.

47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, bu postda italyan mütəxəssis Vinçentso Montellanı əvəz edib.

“Adana Dəmirspor” müqaviləsinin müddəti bitən Benjamin Stambuli ilə də yeni müqavilə imzalandığını açıqlayıb. Fransadan olan 32 yaşlı dayaq yarımmüdafiəçi yeni müqaviləyə əsasən 2025-ci ilin yayına kimi bu komandada qalacaq.

Türkiyə təmsilçisi ötən ilin yayında Yunanıstan “Olimpiakos”undan icarəyə götürdüyü Henri Onyekurunun da transfer hüquqlarını alıb. Super Liqa təmsilçisi Nigeriyadan olan 26 yaşlı sol cinah vingerinin birdəfəlik transferi üçün 3,5 milyon avro ödəyib.