![photo](https://www.rekord.az/storage/uploads/5/803c5380bd954d3b9d544d384a77110d.jpg)
Super Liqa klubunda yeni baş məşqçi
- 15 İyl 2023 21:00
- 301
“Fatih Karagümrük”ün yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Alparslan Erdem çalışdıracaq.
34 yaşlı məşqçi ilə 1 illik müqavilə imzalanıb.
Alparslan Erdem “Fatih Karagümrük”də ötən mövsümün sonunda istefa vermiş Andrea Pirlonun köməkçilərindən biri idi. İtaliyalı mütəxəssis komandadan ayrılandan sonra İstanbul təmsilçisini mövsümün son üç matçına məhz Erdem çıxarmışdı. Komanda bu oyunlardan ikisini qələbə qazanmış, birində məğlub olmuşdu.