Türkiyənin “Alanyaspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, komanda “Beşiktaş”a rəhbərlik edən Sərgən Yalçının köməkçisi Çağdaş Atana tapşırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 40 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Çağdaş Atan baş məşqçi postunda "Fənərbaxça"ya keçən Erol Bulutu əvəzləyib. 

Qeyd edək ki, Çağdaş Atan daha əvvəl "Alanyaspor"da Sərgən Yalçının köməkçisi vəzifəsində çalışıb.