Super Liqa klubunda yeni futbolçu
- 02 Sen 2020 13:20
- 651
Türkiyənin “Yeni Malatyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi “Dənizlispor”dan ayrılan Zeki Yavrunu transfer edib.
Bu barədə Malatya klubunun rəsmi saytı məlumat yayıb. 29 yaş sağ cinah müdafiəçisi ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Qeyd edək ki, Zeki Yavru ötən ilin yayından “Dənizlispor”da çıxış edirdi. O, geridə qalan mövsümdə bu komandanın heyətində 33 oyuna çıxıb, 4 məhsuldar ötürmə müəllifi olub. Mərkəz yarımmüdafiəçisi mövqeyində də oynamağı bacaran futbolçu, daha öncə “Akhisarspor, “Trabzonspor”, “Gənclərbirliyi”, “Kayserispor”, “1461 Trabzon” kimi klublarda da forma geyinib.