Türkiyənin “Ərzurumspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Kabo Verde yığmasının hücumçusu Rikardo Qomesi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb. 

Rikardo Qomes karyerası ərzində “Vizela”, “Nasional”, “Vitoriya” və “Partizan”, “Şarjah” və “Kalba” klublarında da forma geyinib.