Türkiyənin “Yeni Malatyaspor” klubu futbolçusu Gökhan Töre ilə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə Gökhanla müqavilənin müddətinin2021-ci ilin yayına qədər uzadıldığı diqqətə çatdırılıb. Əvvəlki müqavilə bu mövsümün sonuna qədər idi.

Qeyd edək ki, Gökhan Töre bu mövsüm “Yeni Malatyaspor”da bütövlükdə 21 oyuna çıxıb, 2 qola imza atıb.