Super Liqa klubunda yeni müqavilə
- 12 Avq 2020 18:40
- 650
Türkiyənin “Qaziantep” klubu rumın yarımmüdafiiəçisi Aleksandru Maksimlə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
30 yaşlı futbolçu ötən mövsümün qış fasiləsi zamanı Almaniyanın “Maynts” klubundan icarəyə götürülmüşdü. Lakin rumın vingerin çıxışından razı qalan Türkiyə klubu onu birdəfəlik transfer etməyə qərar verib. Transferin digər detalları açıqlanmasa da, Maksimlə 2 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
Rumıniya yığmasının da formasını geyinən Maksim, karyerası ərzində “Espanyol”, “Badalona”, “Panduri” və “Ştutqart” kimi klubların da uğurları üçün çalışıb.