Türkiyənin “Sivasspor” klubu baş məşqçisi Rza Çalımbayla müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bu gün “Yeni 4 eylül” stadionunda təşkil olunan tədbirdə 57 yaşlı mütəxəssislə bir illik yeni müqavilə imzalanıb.

Qeyd edək ki, Çalımbay 2010/11, 2011/12 və 2019/20 mövsümündə də “Sivasspor”u çalışdırıb. Komanda son mövsüm onun baş məşqçiliyi altında çempionatı 60 xalla 4-cü pillədə tamamlayıb.