Super Liqa klubundan daha 2 transfer
- 19 Avq 2021 18:31
- 511
Türkiyənin “Konyaspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi polşalı yarımmüdafiəçi Konrad Mixalak ilə albaniyalı vinger Endri Çekicini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mixalak Rusiyanın “Axmat” klubundan transfer olunub. 23 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Polşanın U-21 yığmasında da oynamış yarımmüdafiəçi, 2019-cu ildən “Axmat”da olsa da, bu komandada çox forma şansı qazanmayıb. Bu üzdən də o, əvvəlki mövsümlərdə Türkiyənin “Ankaragücü” və “Rizəspor” klublarında icarədə oynayıb.
Endri Çekici isə “Konyaspor”la 2+1 illik müqavilə bağlayıb. Albaniya yığmasının da üzvü olan 24 yaşlı futbolçu ötən mövsümü “Ankaragücü”ndə keçirib.
Mixalak “Konyaspor”da 77, Çekici isə 23 nömrəli formanı geyinəcək.