Super Liqa klubundan daha bir transfer
- 06 Sen 2020 16:00
- 714
Türkiyənin “Göztəpə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi “Adanaspor”un qapıçısı İrfan Canı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
İrfan Can “Adanaspor”un öz yetirməsidir. 2014/15 mövsümündən etibarən bu klubun əsas komandasına cəlb olunan futbolçu, Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.