Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Zaqreb “Dinamo”sunun müdafiəçisi Emir Dilaveri transfer edib.

Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. Bosniya və Herseqovina əsilli olsa da, Avstriya vətəndaşlığına malik 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Emir Dilaver 2018-ci ildən “Dinamo”nun uğurları üçün çalışırdı. O, Xorvatiya klubundan öncə Vyana “Austriya”sında, “Vinerberq”, “Ferentsvaroş” və “Lex”in də uğurları çalışıb.