“Antalyaspor” növbəti transferlərini rəsmiləşdirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Polşanın “Lexiya” (Qdansk) klubundan Yakub Kaluzinskini, “Sivasspor”dan Ərdoğan Yeşilyurtu transfer edib.

29 yaşlı Ərdoğanla 3, 20 yaşlı Yakubla 3+1 illik müqavilə imzalanıb.

Kaluzinski “Lexiya”nın öz yetirməsidir. Gənc yarımmüdafiəçi bu komandada 67 oyuna 3 qol vurub. O, Polşanın U-21 yığmasına da dəvət alır.

Ərdoğan Yeşilyurt isə 2018-ci ildən formasını geyindiyi “Sivasspor”da 168 oyunda 16 qol vurub.