Super Liqa klubundan yeni transfer
- 17 Avq 2020 12:21
- 674
Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, geridə qalan mövsümdə TFF 1-ci liqada çempion olaraq yeni mövsümdən Super Liqada mübarizə aparmaq hüququ qazanan sözügedən klub portuqal yarımmüdafiəçi Ruben Ribeyronu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı futbolçu ilə müqavilənin detalları açıqlanmır.
Ruben Ribeyro geridə qalan mövsümü Portuqaliyanın “Jil Visente” klubunda keçirib. O, karyerası ərzində “Leyksoeş”, “Penafiel”, “Beyra-Mar”, “Pasuş de Ferreyra”, “Rio Ave”, “Boavişta”, “Sportinq” və “Əl-Əyn” klublarında da forma geyinib.