Türkiyənin “Gənclərbirliyi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi polşalı yarımmüdafiəçi Dominik Furmanı transfer edib.

Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Futbola Varşava “Legiya”sında başlayan Furman, daha sonra “Tuluza” və “Verona” klublarında legioner həyatı yaşayıb. Yarımmüdafiəçi son olaraq ölkəsinin “Visla” klubunun uğurları üçün çalışıb.