Super Liqa klubunun 3 məşqçisi koronavirusa yoluxdu
- 04 Dek 2020 17:45
- 612
Türkiyənin “Yeni Malatyaspor” klubunun üç üzvündə koronavirus aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, komandanın 3 məşqçisinin virusa yoluxduğu bildirilib.
Virusa yoluxanların adları açıqlanmayıb və onlar karantinə alınıblar.
Daha öncə bu komandanın 3 futbolçusunda da koronavirus aşkarlandığı açıqlanmışdı.