Türkiyənin “Kasımpaşa” klubunun baş məşqçisi Fuat Çapada koronavirus aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə kollektivdən götürülmüş sonuncu COVİD-19 testləri nəticəsində Fuat Çapada koronavirus aşkarlandığı diqqətə çatdırılıb. Baş məşqçi karantinə alınıb və nəzarətə götürülüb.

Qeyd edək ki, Fuat Çapa “Kasımpaşa”ya noyabrın 28-də baş məşqçi təyin olunub. 52 yaşlı mütəxəssis daha öncə “Əskişəhərspor”, “Boluspor”, “Antalyaspor”, “Kayseri Erciyesspor” və “Gənclərbirliyi”nin də baş məşqçisi olub.