Super Liqa klubunun yeni baş məşqçisi bəlli oldu
- 01 Yan 2024 10:00
- 220
Sərgən Yalçının yeni klubu müəyyənləşib.
Rekord.az xəbər verir ki, 51 yaşlı mütəxəssis “Antalyaspor”un baş məşqçisi təyin edilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla müqavilə mövsümün sonunadək nəzərdə tutulub.
Sərgən Yalçın son olaraq 2020/2021 mövsümündə “Beşiktaş”ı çalışdırıb. O vaxtdan işsiz olan mütəxəssis bu yay “Neftçi”nin baş məşqçi vəzifəsinə də namizədlərdən olub.