Super Liqada 3-cü dövrə başladı
- 21 Fev 2022 10:48
- 531
Qadın voleybolçular arasında Azərbaycan çempionatında III dövrə start götürüb. "Rekord.az" xəbər verir ki, turun ilk görüşündə “Azərreyl”lə “Murov” üz-üzə gəlib.
Qarşılaşma “Azərreyl”in üstünlüyü ilə başlayıb. Famil Ağayevin komandası ilk hissəni 25:19 hesabı ilə qalib gəlib. Matçın ikinci hissəsində də “Azərreyl” 25:21 hesabı ilə qalib gələrək set fərqini 2-yə çatdırıb. Vüqar Əliyevin yetirmələri üçüncü hissədə 25:16 hesabı ilə qalib gələrək, fərqi minimuma endirsə də, geridönüş edə bilməyib. Dördüncü set “Azərreyl” komandasının 25:21 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə “Azərreyl” rəqibini 3:1 ( 25:19, 25:21, 16:25, 25:21) hesabı ilə məğlub edib.
Günün ikinci matçında “Abşeron” UNEC -lə görüşüb. Bu matçın qalibi isə üç setdə müəyyən olunub. Çempionatda keçirdiyi bütün oyunlardan qalib ayrılan Eldar Yusubovun komandası bu gün də 3:0 (25:12, 25:16, 25:19) hesabı ilə UNEC komandasına qalib gəlib.
IIl dövrənin ilk turundan sonra “Abşeron” 21 xalla turnir cədvəlində liderliyi davam etdirir. 11 xala malik “Azərreyl” ikinci, 6 xalla “Murov” üçüncü yerdə qərarlaşıb. Sonuncu olan UNEC-in hesabında isə 4 xal var.