Super Liqada bir futbolçu və 3 hakimdə koronavirus aşkarlandı
- 12 Sen 2020 19:20
- 608
Türkiyənin “Gənclərbirliyi” klubunun iki üzvündə koronavirus aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, bir futbolçu və bir işçinin koronavirus testinin müsbət çıxdığı bildirilib. Hər iki şəxs karantinə alınıb.
Yeri gəlmişkən, Türkiyə Futbol Federasiyası da Super Liqada yeni mövsümün startı ərəfəsində hakimlərdən götürülən testlərdən üçünün müsbət nəticələndiyini açıqlayıb. Onların 14 gün karantində qalacağı diqqətə çatdırılıb.