Super Liqada daha bir baş məşqçi istefası
- 29 Okt 2019 18:21
- 673
Futbol üzrə Türkiyə Super Liqasında iki gün içərisində ikinci baş məşqçi istefası qeydə alınıb.
Rekord.az xəbər verir ki, bu gün “Göztəpə”nin çalışdırıcısı Tamer Tuna da istefa verib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda klubun idarə heyətinin istefanı qəbul etdiyi bildirilir. Tuna və onun köməkçilərinə təşəkkür elan edilib, onlara uğurlar arzulanıb.
Gənc mütəxəssis 2017/18 mövsümündə də bu komandanı çalışdırmış Tuna, 2018/19 mövsümünün gedişində İzmir klubu ilə yollarını ayırmışdı. Bu yay isə “Göztəpə” onu yenidən baş məqçi postuna gətirmişdi.
“Göztəpə” Super Liqanın geridə qalan 9 turunda cəmi 9 xal toplaya bilib və 18 kollektiv arasında 15-ci sırada qərarlaşıb.
Xatırladaq ki, bir gün öncə sonuncu pillədə gedən “Kayserispor”un baş məşqçisi Samet Aybaba istefa vermişdi.