Türkiyənin “Ərzurumspor” klubunun baş məşqçisi Mehmet Özdilek istefaya göndərilib.

Rekord.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Super Liqanın 10-cu turunda “Antalyaspor”la 2:2 hesablı bərabərliyə razılaşan komanda cari mövsümdə cəmi 9 xal toplayıb və 21 kollektiv arasında 17-cidir. 2 qələbə və 3 heç-heçəsi olan komanda qalan qarşılaşmalarında məğlubiyyətə üzülüb.

Mehmet Özdilek “Ərzurumspor”u bu ilin mart ayından etibarən çalışdırırdı.