Super Liqada iki günə üçüncü istefa
- 29 Okt 2019 18:41
- 842
Türkiyənin “Gənclərbirliyi” klubu da baş məşqçisiz qalıb.
Rekord.az xəbər verir ki, Mustafa Kaplan istefa verib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kaplan komandanın uğursuz çıxışına görə vəzifəsindən ayrılıb.
“Gənclərbirliyi” Super Liqada 9 turdan sonra 6 xalla 17-ci sırada qərarlaşıb.
Qeyd edək ki, bu, son iki gündə Super Liqada üçüncü baş məşqçi istefasıdı. Bu gün Tamer Tuna “Göztəpə”dən ayrıldığını elan edib. Sonuncu pillədə qərarlaşan “Kayserispor”un baş məşqçisi Samet Aybaba da dünən istefa vermişdi.