Futbol üzrə Türkiyə Super Liqasında mövsümün sonuncu – 34-cü turunun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, son turun oyunları üç günü əhatə edib.
 

Turun açılış matçında “Qalatasaray” səfərdə “Antalyaspor”un qonağı olub. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib. Beləcə, ötən mövsümün qalibi olan “sarı qırmızılar” bu dəfə 6-cı yerlə kifayətlənməli olublar.


“Fənərbaxça” son turda “Rizəspor”la, “Beşiktaş” isə “Gənclərbirliyi” ilə qarşılaşıb. Hər iki oyunda İstanbul təmsilçisi qələbəni bayram edib. “Fənərbaxça” mövsümü 7-ci pillədə başa vursa da, “Beşiktaş” 3-cü yeri tutmaqla Avropa Liqasına vəsiqə qazanıb. Avroliqaya digər vəsiqəni 4-cü olan “Sivasspor” qazanıb. Baxmayaraq ki, bu komanda son turda “Göztəpə”yə uduzub. “Trabzonspor” son turda səfərdə “Kayserispor”a qalib gəlməklə ikinci pillədəki mövqeyini qoruyub və UEFA Çempionlar Liqasında oynamaq hüququ qazanıb.


Mövsümü eyni xalla (32) başa vuran “Yeni Malatyaspor”, “Ankaragücü” və “Kayserispor” Super Liqa ilə vidalaşıb. Bu komandalar növbəti mövsümü TFF 1-ci liqada keçirəcək.


Turun və mövsümün son matçında çempion “Başakşəhər” “Kasımpaşa” səfərinə yollanıb. Beş qolun qeydə alındığı matç yeni çempionun məğlubiyyəti ilə başa çatıb.


Türkiyə Super Liqası
34-cü tur

24 iyul


Antalyaspor – Qalatasaray 2:2
Qol: Fredi, 19. Blanko, 90+2 – Saraççi, 58. Belhanda, 65-pen.


25 iyul


Dənizlispor – Ankaragücü 0:1
Qol: İ.Parlak, 90+4.


Fənərbaxça – Rizəspor 3:1
Qol: E.Belözoğlu, 39-pen. Q.Rodriqes, 60. O.Tufan, 90+8 – Şkoda, 53.


Gənclərbirliyi – Beşiktaş 0:3
Qol: Hatçinson, 52-pen. Diabi, 78. Elneni, 81-pen.


Göztəpə – Sivasspor 3:1
Qol: Napoleoni, 31-pen. Mossoro, 55. B.Emir, 90+5-pen – Fernando, 49.


Kayserispor – Trabzonspor 1:2
Qol: P.Enrike, 85-pen – Novak, 63. Sorlot, 90+6.


Konyaspor – Alanyaspor 2:3
Qol: A.Uludağ, 20. Aniçiç, 27 – Fernandes, 63. Bakasetas, 81. E.Karaca, 87.


Yeni Malatyaspor – Qaziantep 0:1
Qol: Djilobodji, 63.


26 iyul


Kasımpaşa – Başakşəhər 3:2
Qol: Koyta, 9; 28. Y.Erdoğan, 62 – D.Ba, 78. Vişça, 80.