Super Liqada mövsümün 8-ci baş məşqçi istefası
- 10 Okt 2023 11:30
- 279
Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Rekord.az xəbər verir ki, "Pendikspor" Osman Özköylünün istefaya göndərildiyini açıqlayıb.
52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Özköylü 2021-ci ilin oktyabrından "Pendikspor"u çalışdırırdı. İstanbul təmsilçisi onun rəhbərliyi altında 2-ci və 1-ci liqada çempionluq yaşayaraq Super Liqaya yüksəlmişdi.
Komanda Super Liqada 8 turdan sonra 4 xal toplayıb və turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Bu, Super Liqanın cari mövsümündə 8-ci baş məşqçi istefasıdır. Buna qədər "Başakşəhər" Emre Belözoğlu, "Kayserispor" Çağdaş Atan, "Qaziantep" Erdal Güneş, "İstanbulspor" Fatih Tekke, "Samsunspor" Hüseyin Eroğlu, “Ankaragücü” Tolunay Kafkas və "Beşiktaş" Şenol Günəşlə yolları ayırmışdı.