Voleybol üzrə qadınlar arasında ölkə birinciliyində bir oyun təxirə salınıb. "Rekord.az" xəbər verir ki, Super Liqa “Azərreyl” - "UNEC" qarşılaşması təyin olunduğu vaxtd baş tutmayacaq.

Belə ki, hər iki klubun rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına müraciət ünvanlayıblar. Müraciətdə bildirilir ki, hər iki komandanın bir neçə əsas heyət oyunçusunun səhhətində problemlər yaranıb. Həmin voleybolçular zədə səbəbindən həkim məsləhətinə uyğun olaraq bir müddət məşq proseslərindən kənar qalmalıdırlar.

AVF yaranmış vəziyyəti nəzərə alaraq Super Liqanın fevralın 22-də keçirilməli olan VIII turunun “Azərreyl” - “Abşeron” və "UNEC" - "Murov" qarşılaşmaları təxirə salınıb.

Federasiya oyunların tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat verəcək.