Basketbol üzrə Azərbaycan Super Liqasında 21-ci turun oyunları təxirə salınıb.

Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə, “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” Azərbaycan Respublikasının baş naziri Əli Əsədovun 2 mart 2020 il tarixli sərəncamına müvafiq olaraq, Super Liqanın 21-ci turunun təxirə salındığı bildirilib.

Bununla yanaşı, martın 4-də keçirilməsi nəzərdə tutulan Jr.NBA Azərbaycan Liqasının püşkatma mərasimi də təxirə salınıb.