Super Liqada yeni mövsümün püşkü atıldı
- 13 İyl 2021 22:44
- 572
Futbol üzrə Türkiyə Super Liqasında 2021/22 mövsümünün püşkü atılıb.
Rekord.az xəbər verir ki, Türkiyə çempionatında növbəti mövsümə avqustun 13-də start veriləcək.
Son çempion “Beşiktaş” yeni mövsümə doğma meydanda üz-üzə gələcəyi “Rizəspor” ilə oyunla start verəcək. Digər nəhənglərdən “Qalatasaray” ilk turda “Girəsunspor”un, “Fənərbaxça” isə “Adana Dəmirspor”un qonağı olacaq.
İlk dövrəyə dekabrın 27-də yekun vurulacaq. İkinci dövrəsi yanvarın 7-də başlayacaq Super Liqada 2021/22 mövsümü mayın 22-də yekunlaşacaq.
Super Liqanın yeni mövsümünün ilk turunda qarşılaşacaq komandalar:
Türkiyə Super Liqası
1-ci tur
Girəsunspor - Qalatasaray
Fatih Karagümrük - Qaziantep
Beşiktaş - Rizəspor
Yeni Malatyaspor - Trabzonspor
Antalyaspor - Göztəpə
Sivasspor - Konyaspor
Adana Dəmirspor - Fənərbaxça
Başakşəhər - Alanyaspor
Altay - Kayserispor
Hatayspor - Kasımpaşa
Super Liqanın yeni mövsümündə baş tutacaq derbilərin də hansı turlara təsadüf edəcəyi bəllidir. İlk derbi 4-cü tura təsadüf edəcək:
4 tur: Trabzonspor - Qalatasaray
9-cu tur: Trabzonspor - Fənərbaxça
10-cu tur: Beşiktaş - Qalatasaray
12-ci tur: Beşiktaş - Trabzonspor
13-cü tur: Qalatasaray - Fənərbaxça
17-ci tur: Fənərbaxça - Beşiktaş