![photo](https://www.rekord.az/storage/uploads/5/6a463ba8a5a3402db86875d29ab86463.jpg)
Super Liqada yeni mövsümün püşkü atıldı
- 19 İyl 2023 01:01
- 265
Türkiyə Super Liqasında 2023/2024 mövsümünün püşkatma mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, püşk nəticəsində ilk turda hansı komandaların üz-üzə gələcəyinə aydınlıq gəlib.
Son çempion “Qalatasaray” səfərdə “Kayserispor”la qarşılaşacaq. “Beşiktaş” da “Fatih Karagümrük”ün qonağı olacaq. “Fənərbaxça” isə startda “Qaziantep”i qəbul edəcək.
Yeni mövsümə avqustun 11-də start veriləcək. Çempionata gələn il 19 mayda yekun vurulacaq.
Türkiyə Super Liqası
1-ci tur
Adana Dəmirspor - Rizəspor
Sivasspor - Samsunspor
Pendikspor - Hatayspor
Kasımpaşa - Ankaragücü
Konyaspor - İstanbulspor
Alanyaspor - Başakşəhər
Fənərbaxça - Qaziantep
Fatih Karagümrük - Beşiktaş
Kayserispor - Qalatasaray
Trabzonspor - Antalyaspor