
Super Liqanı tərk edəcək ikinci klub məlum oldu
- 26 Apr 2025 17:00
- 54
Cari mövsümün sonunda Türkiyə Super Liqasını tərk edəcək ikinci komandanın da adına aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, bu, "Hatayspor"dur.
Hatay təmsilçisi 33-cü turda "Beşiktaş"la qarşılaşıb və 1:5 hesabı ilə uduzub. Bu komanda hazırda turnir cədvəlində 19 xalla 18-cidir. Bununla da sona 5 tur qalmış "Hatayspor"un Super Liqa ilə vidalaşacağı dəqiqləşib.
Daha əvvəl 20-ci pillədəki "Adana Dəmirspor"un Türkiyə çempionatını tərk edəcəyi məlum olmuşdu.