Super Liqanı tərk edən klub Emreni istefaya göndərdi
- 01 İyn 2024 10:00
- 200
Emre Belozoğlu “Ankaragücü”nün baş məşqçisi vəzifəsini tərk edib.
Rekord.az xəbər verir ki, bu barədə Ankara klubu açıqlama yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Super Liqada uğursuz çıxış gənc mütəxəssisə bağışlanılmayıb. Komanda Emrenin rəhbərliyi ilə 1-ci Liqaya düşüb.
Emre 2023-cü ilin oktyabrından “Ankaragücü”yə rəhbərlik edirdi.