Super Liqanın daha bir klubu baş məşqçisini istefaya göndərdi
- 05 Okt 2021 11:40
- 468
Türkiyənin “Antalyaspor” klubu baş məşqçisi Ersun Yanal ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə 59 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Klub həm Yanala, həm də onun köməkçilərinə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar diləyib.
Yanal 2020-ci ilin noyabrından “Antalyaspor”a rəhbərlik edirdi.