Qadın voleybolçular arasında Azərbaycan çempionatı start götürüb. "Rekord.az" xəbər verir ki, Super Liqanın 1-ci turunda "Azərreyl" və "Abşeron" üz-üzə gəliblər.

Oyun son çempion üçün pis başlayıb və "Abşeron" ilk seti aktivinə yazdırıb. İkinci hissəyə də yaxşı başlamayan Famil Ağayevin yetirmələri sonradan üstünlüyü ələ alıblar. Ardıcıl üç setdə qələbə qazanan "Azərreyl" ilk turda sensasiyaya imkan verməyib və 3:1 hesabı ilə qalib gəlib.

Super Liqa
I tur
   "Azərreyl" - "Abşeron" 3:1