![photo](https://www.rekord.az/storage/uploads/5/b7ab1afa08e946faabededf168d0cbbf.jpg)
Super Liqanın yeni klubunda 3 yeni futbolçu
- 10 İyl 2023 10:15
- 254
Türkiyənin “Pendikspor” klubu heyətini üç yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqanın yeni iştirakçısı xorvat yarımmüdafiəçi Yosip Vukoviç, yunan müdafiəçi Georgios Tsavellas və türk qapıçı Erdem Canpolatı transfer edib.
Onların hər biri ilə azad agent kimi müqavilə imzalanıb. Sözləşmələrin müddəti açıqlanmır.
Vukoviçin sonuncu iş yeri Split “Hayduk”u olub. Tsavellas Afina AEK-dən gəlib. Canpolat isə son üç ili “Kasımpaşa”da keçirib.