Super Liqaya son vəsiqənin sahibi bəlli oldu
- 31 İyl 2020 00:57
- 629
2020/21 mövsümündə futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparacaq sonuncu komandanın adına aydınlıq gəlib.
Rekord.az xəbər verir ki, TFF 1-ci liqada 3-6-cı yerləri tutan dörd komanda arasında təşkil olunan pley-off mərhələsinin finalında “Adana Dəmirspor”la “Fatih Karagümrük” klubları üz-üzə gəlib.
Matçın əsas vaxtı heç-heçə başa çatıb – 1:1. Əlavə yarım saatda hesab dəyişməz qaldığına görə, qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən (6:5) “Fatih Karagümrük” Super Liqada iştirak hüququ qazanıb.
Xatırladaq ki, daha öncə TFF 1-ci liqanın qalibi olan “Hatayspor”la 2-ci pilləni tutan “Ərzurumspor” da elitaya yüksəlmişdi.