Uğursuzluğa düçar olan Superliqaya sponsorluq etməli olan ABŞ-ın “JP Morgan” bankı bəyanat yayıb.

Rekord.az xəbər verir ki, şimali amerikalılar layihə ilə bağlı səhvlərinə etiraf ediblər.

Bu, bankın bəyanatında da əksini tapıb: “Aydındır ki, biz bu anlaşmanın geniş futbol ictimaiyyəti tərəfindən necə qarşılanacağını və onun gələcək təsirini düzgün qiymətləndirməmişik. Bundan dərs götürəcəyik”.

JP Morgan” Superliqa üçün 3,25 milyard avro ayırmağı planlaşdırırdı.